Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 186 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 18 663 nəfərə çatıb.
Səid Babazadə