kanal1

7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır

Tarix:13-09-2023, 09:40
Baxış Sayı:21

7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır


Bakıda bir sıra dövlət qurumların tenderlərinin qalibi olan və "tender kralı” adını qzanan "Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) borc içində batır.

Qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan "Bakinşaat Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 184 min 469 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisinin ölkədən çıxşına "stop” qoyulsa da, "Bakinşaat Group” MMC-nin əsil sahibi Yavər adlı sahibkardır.
7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır
7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır

O həmçinin Rusiyada otellər şəbəkəsinin də sahibidir. Onun Yessuntukidə sanatoriyası da var. Buna baxmayaq, həmin şəxs dövlətə və o cümlədən fərdi sahibkarlara olan borclarını qaytarmır. "Bakinşaat Group” MMC-ni isə öz köməkçisi Elşad Məmmədovun adına rəsmiləşdirib.

Hazırda Elşad Məmmədovun ölkədən çıxışına "stop” qoyulub. "Bakinşaat Group” MMC-nin əməkdaşlıq etdiyi şirkətlərə də külli miqdarda borcu yaranıb. Borc sahibləri müvafiq dövlət qurumlarına şikayətlərdə ünvanlasalar da, onların vəsaitləri MMC sahibi Yavər tərəfindən qaytarılmır.
7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır

"Bakinşaat Group” MMC-nin borclu olduğu şəxslərdən biri Qaynarinfo-ya bildirib ki, şirkət onun pulunu vermir.

Qeyd edək ki, "Bakinşaat Group” MMC mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin milyonluq tenderlərini udub. Təkcə 2020-ci ilin son rübündə komitə ilə "Bakinşaat Group” MMC arasında maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb. Müqaviləyə əsasən, MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirib.
7 milyondan çox vergi borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır

"Bakinşaat Group” MMC rəhbərliyi isə dolayı yolla yaranmış borca görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini günahlandırır. Qaynarinfo

Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?