kanal1

Formadan imtina edən şagirdi hansı cəza gözləyir? - AKTUAL

Tarix:7-09-2023, 08:40
Baxış Sayı:7

Formadan imtina edən şagirdi hansı cəza gözləyir? - AKTUAL


Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Tədris ənənəvi olaraq sentyabrın 15-də başlayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Lakin bir çox valideyn övladı üçün məktəbli formasını bu və ya digər səbəblərdən dolayı ya almayıb, ya da almamağı düşünür.

Maraqlıdır, həmin şagirdlər üçün hər hansı bir cəza mexanizmi nəzərdə tutulub?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya açıqlamasında bildirib ki, həmin məktəblilər formasız qalmayacaq:

"Əgər o ailə aztəminatlıdırsa, həssas qrupa daxildirsə, regionlar üzrə regional təhsil idarərtmə şöbələrinə müraciət edir və o ailələrin uşaqları məktəbli forması ilə təmin olunurlar.

Eyni zamanda, belə bir prosedur icra hakimiyyətlərində də var. Həmin ailənin imkanı çatmırsa, dediyim kimi həssas qrupa daxildirsə, onların övladları tələb olunan məktəbli forması ilə təmin olunacaq. Yəni, heç kəs kənarda qalmayacaq".

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Prezident və xanımı Ağdamda açılışda 
Prezident və xanımı Ağdamda açılışda