kanal1

Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS

Tarix:6-09-2023, 18:26
Baxış Sayı:4

Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS

Səfər Mehdiyev 2022-ci il iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad ediləndən sonra bu qurumda islahatların aparılacağına dair ümidlər yarandı. Rüşvət və korrupsiyanın girdabında boğulan gömrük orqanlarına rəhbərlik edəcək şəxsin müəyyənləşməsi təxminən 7 ay çəkdi.

S.Mehdiyev 2022-ci ilin iyulunda postu ilə vidalaşandan sonra onun vəzifəsinin icrası birinci müavini Şahin Bağırova həvalə olunmuşdu. İş adamları və iqtisadçılar Ş.Bağırovun DGK sədrinin səlahiyyətlərini icra etdiyi zaman kəsiyini “qızıl dövr” adlandırırlar. Həmin müddət gömrükdə şəffaflığın maksimum təmin olunduğu, iş adamlarına münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi, rüşvət və korrupsiyaya qarşı müharibə elan edildiyi dövr kimi yadda qalıb.

Qeyd edək ki, Ş.Bağırovun bu fəaliyyəti həmin vaxt təqdirlə qarşılanmışdı. Müşahidəçilər Ş.Bağırovun 14 fevral 2023-cü ildə DGK sədri təyin edilməsi ilə bağlı sərəncamın arxasında da 7 aylıq fəaliyyətinin dayandığını iddia edirlər.

Hadisələrin inkişafı gömrükdəki islahatların yarımçıq qaldığını göstərdi. Gözlənilənin əksinə olaraq, Ş.Bağırov DGK sədri postuna təyinat alandan sonra sələfinin yolu ilə getməyə başladı. S.Mehdiyevin dövründən qalan pis ənənələr tezliklə “dirçəldi”, gömrük orqanları əvvəlki “rejim”də işləməyə başladı. İndi iş adamlarının narazılıq dolu bəyanatlarını tez-tez eşitmək mümkündür. DGK-nın ayrı-ayrı məsul şəxsləri ilə bağlı irəli sürülən ittihamlar isə araşdırılmır, yol verilmiş qanunsuzluqlarla bağlı ciddi tədbirlər görülmür. Son vaxtlar gömrük orqanlarının fəaliyyəti ilə bağlı narazılıq kütləvi xarakter almağa başlayıb.

DGK-nın ayrı-ayrı vəzifəli şəxslərinin iş prosesində yol verdikləri özbaşınalıqlar artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Təsadüfi deyil ki, son 20 gündə hüquq-mühafizə orqanları tərəfindən DGK-nın müxtəlif strukturlarında 4 dəfə əməliyyat keçirilib.

Aldığımız məlumata görə, rəhbərlik etdiyi dövlət qurumunda baş verən özbaşınalıqlar DGK sədri Ş. Bağırovun karyerası üçün ciddi problemlər yaradıb. Hüquq-mühafizə orqanları öz fəaliyyətlərində qanunsuzluqlara yol vermiş ayrı-ayrı DGK rəsmiləri ilə yanaşı, Ş.Bağırovun özünü də nəzarətə götürüblər. DGK sədrinin fəaliyyəti hərtərəfli araşdırılır, işdə yol verdiyi nöqsanlarla bağlı müvafiq hesabatlar hazırlanır.

DGK ətrafında cərəyan edən hadisələrin sədrin karyerası üçün fəsadsız ötüşməyəcəyi bildirilir. Rəhbərlik etdiyi qurumda islahatların aparılmasına həvəs göstərməyən Ş.Bağırovun özünün hakimiyyətin başlatdığı “islahat dalğası”nın qurbanına çevriləcəyi iddia olunur. //Yenisabah//

Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Türkiyə ilə Ukrayna təhsil və kommunikasiya sahələrində sazişlər imzalayıb
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
“Öləndən sonra yadlarına düşəcək ki, belə sənətçi olub...”
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar -SHXÇ Dövlət Xidmətinə ittiham
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
"Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Abşeron İcra Hakimiyyətinin rəsmiləri qış otlaq sahəsindən də pul qazanırmış – ŞİKAYƏT
Prezident və xanımı Ağdamda açılışda 
Prezident və xanımı Ağdamda açılışda