kanal1

Beyləqan xəstəxanasında vəziyyət tragikomikdir… - TƏBİB-ə bir mesaj

Tarix:5-09-2023, 18:25
Baxış Sayı:17

Beyləqan xəstəxanasında vəziyyət tragikomikdir… - TƏBİB-ə bir mesaj

Necə olur ki, Beyləqan rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində (ASM) xadiməçi tibb bacısı, 3-6 aylı kurs oxuyanlar isə baş tibb bacısı işləyə bilirlər?
RealMedia.az xəbər verir ki, hazırda Beyləqan rayon xəstəxanasında insanların taleyi təhlükə altındadır. İnsanların sağlamlığı heç bir tibb təhsili olmayan, yalnız 2-3 aylıq kurs keçən, savadsız “tibb bacıları”na həvalə edilib.
Bildirilir ki, hazırda xəstəxananın ştat cədvəlində adı kiçik tibb bacısı (xadimə) gedən işçilər daxili əmrlə şöbələrdə baş tibb bacısı, qeydiyyatçı və sair işlərə təyin ediliblər. Məsələn, buna adlarını qeyd etdiyimiz şəxsləri misal olaraq göstərmək olar: Arzu Həsənzadə, Aytəkin Allahverdiyeva, Aynur Əlizadə (məlumata görə 17 yaşından tibb bacısı işləyir) Şəlalə, Firəngiz Zahidqızı, Gülnar.
Bildirilir ki, bu adları çəkilən şəxslər 3-6 aylıq kurs bitirməklə xəstəxanada tibb bacısı və ya baş tibb bacısı kimi çalışırlar.
Bildirilir ki, illərlə kənd xəstəxanasında xadimə işləyən şəxslər, sonradan “Beyləqan rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə tibb bacısı kimi işə qəbul olunurlar. Bir sözlə, Beyləqan xəstəxanasında tragikomik bir vəziyyət yaranıb.
Məsələylə bağlı TƏBİB-nin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Qeyd edək ki, mövzuya daha ətraflı şəkildə qayıdacağıq.
RealMedia.az

Abşeron-Xızı Regional Təhsil İdarəsində Korrupsiya İddiaları: 15 nömrəli məktəbdə ciddi yeyinti faktları ortaya çıxır -DE-FAKTO
Abşeron-Xızı Regional Təhsil İdarəsində Korrupsiya İddiaları: 15 nömrəli məktəbdə ciddi yeyinti faktları ortaya çıxır -DE-FAKTO
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!: Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT/FOTOLAR
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!: Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT/FOTOLAR
«Poz qazan!», vur dolsun qazan! - Dəhşətli faktlar
«Poz qazan!», vur dolsun qazan! - Dəhşətli faktlar
“Ocean Fish”də mənşəyi məlum olmayan məhsullar satılıb
“Ocean Fish”də mənşəyi məlum olmayan məhsullar satılıb
 Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
 Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Yasamalın icra başçısı qanunları belə pozdu — FOTOLAR
Yasamalın icra başçısı qanunları belə pozdu — FOTOLAR
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH