kanal1

Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ... – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR?

Tarix:30-08-2023, 19:05
Baxış Sayı:26

Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ... – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR?


Azərbaycanda hələ də bəzi təhsil ocaqlarının binaları istiliklə təmin olunmayıb. Belə təhsil ocaqlarından biri də Goranboy rayonunda yerləşən S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbidir. Sözügedən məktəbə qaz xətti çəkilmir. Baxmayaraq ki, məsələni əvvəl də ictimailəşdirmişik.

Övladları həmin məktəbdə təhsil alan valideynlər növbəti dəfə Bizim.Media-ya bununla bağlı müraciət ediblər. Dediklərinə görə məktəb binası yeni təmirdən çıxsa da, təhsil müəssisəsi qazlaşdırılmayıb.

Baxmayaraq ki, yeni tədris ilinə sayılı günlər qalıb və qarşıdan soyuq aylar gəlir.

Valideynlərin sözlərinə görə qış aylarında övladlarının soyuq sinif otaqlarında dərs keçmələri onları narahat edir. Otaqları isitmək üçün elektrik enerjisi ilə işləyən qızdırıcı cihazlardan qənaətə görə çox az istifadə olunur. Bəzənsə heç qoşulmur.

Şagirdlər istiliyin olmaması ucbatından sinifdə üst geyimlə oturmaq məcburiyyətində qalırlar. İllərdir yaşanan bu problemlə bağlı dəfələrlə məktəb rəhbərliyinə və rayon Təhsil Şöbəsinə müraciətlər edilib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuta katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, balans məsuliyyəti kimi Elm və Təhsil Nazirliyi tərəfindən onlara müvafiq qaydada müraciət olunmalıdır və texniki şərt alınmalıdır:

““Azəriqaz” İstehsalat Birliyi hər hansı təhsil ocağına və məktəbəqədər təhsil müəssisələrinə hansısa fərdi müraciətin əsasında qaz xətti çəkə bilməz. Qaydalar bunu deyir ki, həmin təhsil ocaqları rayon təhsil şöbəsinə müraciət etməlidir. Rayon Təhsil Şöbəsi də Elm və Təhsil Nazirliyinə bununla bağlı məlumat verməlidir.

Nazirlik mərkəzləşdirilmiş qaydada həmin təhsil ocağının müvafiq sənədləri ilə birlikdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinə qazlaşma ilə bağlı müraciət edir. “Azəriqaz” isə həmin təhsil ocağının mərkəzinin özünə yox, qazanxanaya qazın verilişini təmin edir. Heç bir təhsil ocağının daxilinə qazlaşma ilə bağlı addımlar atılması qanuni deyil. Yalnız və yalnız biz məktəbin kənarında tikilən və standartlara cavab verən qazanxanalara təbii yanacağı veririk. Həmin qazanxanalardan isə təhsil ocağına istilik təmin olunur və beləliklə problem həll olunur”.

Qaldı ki, sözügedən məktəbin qazlaşdırılmasına Eldəniz Vəliyev sualımıza cavabı bununla əsaslandırıb:

“Görünür, sözügedən məktəbin də müvafiq sənədləşməsi qaydasında deyil. Çox güman ki, qazlaşdırılma ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunmayıb. Nazirlik müvafiq sənədləşmələrlə müraciət etsə, “Azəriqaz”İstehsalat Birliyinin nə marağı var ki, hansısa təhsil ocağının qazlaşdırılmasını icra etməsin? Bu, mümkün deyil”.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun isə cavabı belə olub:

“Belə müraciətlər olur və davamlı şəkildə monitorinqlər aparılır. Sadəcə olaraq orada bir çox hallarda texniki şərtlər mümkün olmur. O texniki şərtlərin bəzən gecikməsi səbəbindən problem yaşanır. Amma bu məsələ bizim diqqətimizdədir. Bütün hallarda bu mövzuda biz işləyirik və nəticəsi də olur. Uyğun texniki şərtlər ödəniləndən sonra orada yəqin ki, qaz verilişi olacaq”.

Göründüyü kimi, növbəti dəfə cavabdeh olan hər iki qurumun açıqlaması ümumi xarakter daşıdı. Qurum rəsmiləri konkret məsələnin həlli ilə bağlı araşdırma aparmaq və nəticə barədə məlumat vermək əvəzinə işin prosedur qaydalarını xatırlatmaqla kifayətləndilər. Halbuki qazlaşdırma mexanizminin necə aparılması media nümayəndəsi olaraq nə bizə, nə də ictimaiyyətə yaddır. Bu prosedurun necə aparılması deyil, nəticəsi maraqlıdır. Bunu isə öyrənə bilmədik.

Bir sözlə, bıçaq sümüyə dirənənə qədər yenə gözləməli olacağıq...
Bizim.Media
Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ... – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR?

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO