AQTA-nın və eləcə də digər əlaqədar qurumların daha çox yediyimiz ərzağın keyfiyyətinə diqqət yetirmələri hər halda, doğru addım hesab oluna bilməz. DİA.AZ bildirir ki, bu elə aşağıda təqdim edəcəyimiz gileydə də əsas toxunulan məqam olarq diqqətə gəlməkdədir.
Tanınmış jurnalist Rövşən Hacıbəyli satın adlığı çörəyin çəkisinin göstərilən ölçüdə olmamasından gileylənir.
DİA.AZ R.Hacıbəylinin açıqlamasını təqdim edir: " "NUR" çörəyini bişirən "nursuzlar" kağıza yazıblar ki, 630 qramlıq çörəkir...
Çörəkdə 3% artıq-əskik ola bilər. Kimsə deyə bilər ki, fərq azdır, elədir, azdı..., Ancaq maksimum fərqdən çoxdur, ən başlıcası isə, nədənsə həmişə əskik olur, heç artığına rast gəlmədik..."
ictimailider.az olaraq bütün əlaqədar qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...