kanal1

İranlı general: Qarabağ işğaldan azad edilməlidir

Tarix:13-10-2020, 11:26
Baxış Sayı:25

İranlı general: Qarabağ işğaldan azad edilməlidir
Ermənistan Azərbaycan torpaqlarını işğal edib və Qarabağ bu işğaldan azad edilməlidir.

Trend-in məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının siyasi məsələlər üzrə müavini general Yadulla Cavani deyib.

Y.Cavaninin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm prinsip ola bilər. Çünki bu qətnamələr Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirir. Halbuki Ermənistan bu əraziləri işğal edib.

İranlı general Dağlıq Qarabağ münaqişəsinin təxminən 30 ildir davam etdiyini deyib:

"Tarixi sənədlər də Dağlıq Qarabağın Azərbaycana aid olduğunu əks etdirir. Bölgədə münaqişəyə və ixtilaflara son qoymaq üçün şübhəsiz ki, bu ərazi işğaldan azad edilməlidir”.

General qeyd edib ki, İran region ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşa bilməz: "Tehran iki tərəfin razılığı əsasında vasitəçi kimi rol oynaya ola bilər".

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər