kanal1

Polkovnik: “Əsgərlərimiz yeni mövqeləri, yüksəklikləri azad etməkdədir”

Tarix:7-10-2020, 12:10
Baxış Sayı:15

Polkovnik: “Əsgərlərimiz yeni mövqeləri, yüksəklikləri azad etməkdədir”
"Ön xətdəki hərbi hissələrdə hərbçilərimiz arasında böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur. Sarsıdıcı həmlələri ilə düşmən ordusunu darmadağın edən, onları geri çəkilməyə, hərbi texnika və silahları atıb qaçmağa məcbur edən əsgərlərimiz uğurla irəliləməkdə, yeni mövqeləri, yüksəklikləri azad etməkdədir".



Pravda.az xəbər verir ki, bu barədə cəbhənin ön xəttində hərbçilərimizlə görüşən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.



Polkovnik qeyd edib ki, əsgərlərimizlə yanaşı, cəbhəyanı bölgədə məskunlaşan sakinlər arasında da yüksək əhval-ruhiyyə mövcuddur. İnsanlar ordumuzla həmrəylik, əsgərlərimizlə bir yerdə olduqlarını nümayiş etdirir, orduya dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.



C.Xəlilov bildirib ki, vətəndaşlarımız arasında vahimə mühiti yaratmaq məqsədilə düşmənin həyata keçirdiyi təxribatlar, yaşayış məntəqələrinin, mülki obyektlərin raket zərbələrinə məruz qoyması insanlarımızı qorxutmur, onların düşmənə nifrətini, mübarizə əzmini daha da artırır, öz torpağını inamla müdafiə etməyə sövq edir.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər