kanal1

Qəzənfər Ağayevin yol təmiri əməliyyatı - Astaranın yollarına bir il ərzində nə qədər pul xərclənib?

Tarix:28-07-2023, 20:25
Baxış Sayı:14

Qəzənfər Ağayevin yol təmiri əməliyyatı - Astaranın yollarına bir il ərzində nə qədər pul xərclənib?

Astara Rayon İcra Hakimiyyəti Astara rayonunda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 527.723,35 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə "Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur.

Zaur Abıyevin adı isə "MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə "Texnikabank”ın "Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Astara Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 1 072 944, 79 AZN xərcləyib. Satınalma müqavilələri “Elnur-2” şirkəti və “Birlik-3A” MMC ilə bağlanıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir. Qəzənfər Ağayev 2006-cı ildə Yardımlı, 2006-2012-ci illərdə isə Masalının icra başçısı vəzifəsində çalışıb.Valyuta.az

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL