Səhiyyə sisteminin bütün mənbələri hərbi əməliyyatlarda zərər çəkənlərə tibbi yardım göstərməyə yönəlib.
Konkret.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Mənbə bildirir ki, 27 sentyabr, saat 21: 00-a qədər işğal edilən Dağlıq Qarabağdan Ermənistanın müxtəlif tibb mərkəzlərinə 18 yaralı çatdırılıb.
Bunlardan 7-si mülki, 11-i hərbi qulluqçulardır. Çoxunun qəlpə yarası var.
Həkimlər müayinə mərhələsində olan 9 yaralının vəziyyətini qənaətbəxş, üçünü orta, ikisini ağır, ikisini kritik qiymətləndirirlər. Bir nəfər isə artıq xəstəxanadan buraxılıb.
Haşiyə: Birincisi, yaralıların Ermənistana aparılması ya işğal bölgələrində tibbi mərkəzlərinin azlığından xəbər verir, ya da rəsmi Bakının bu ərazini tutacaqlarını bildiklərindən önləyici tədbir kimi bölgədən çıxarırlar. İkincisi isə, bu məlumatlar yaralananların çox cüzi hissəsidir. Ermənilər həmişə olduğu kimi, ölü və yaralı sayını yenə də gizlədir.