kanal1

QALMAQAL: Məhkəmə sabiq deputatın şirkətinin xeyrinə qərar çıxardı – “Mahir Aslanovun başımıza gətirdiyi fəlakətləri…”

Tarix:24-06-2023, 17:50
Baxış Sayı:15

QALMAQAL: Məhkəmə sabiq deputatın şirkətinin xeyrinə qərar çıxardı – “Mahir Aslanovun başımıza gətirdiyi fəlakətləri…”

“Kəpəz-M” MTK ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb. Vətəndaş, Xırdalan sakini Hüseynağa Heydərovun iddiası təmin edilməyib.

Bu barədə Pravda.az-a H.Heydərov məlumat verib.

O xatırladıb ki, MTK-nın işçisinə 8 il həbs cəzası veriblər: “Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə qaldı. Yəni heç bir yenilik olmadı. Hazırda "Kəpəz-M" MTK Abşeron Rayon Məhkəməsində iddia qaldırır ki, qeyri-qanuni satılan 8 mənzillə əlaqədar bağlanan müqavilələr ləğv olunsun. Belə çıxır ki, 8 mənzili öz halal pulları ilə alan adamların bu mənzildə heç bir hüquqları yoxdur. Sanki bu pullar "Kəpəz-M" MTK-ya bağışlanmalıdır. Heç bir günahı olmayan sadə, vicdanlı alıcı MTK-nın işçisi ucbatından pis vəziyyətdə qalır, amma "Kəpəz-M" MTK-nın sahibi, keçmiş deputat Mahir Aslanov isə heç bir məsuliyyət daşımır. Deməli, belə də olmalıdır… Ümumilikdə 400 min manata qədər pul "Kəpəz-M" MTK-ya bağışlanmalıdır? Aidiyyatı üzrə qurumlara ünvanladığımız müraciətlərimiz nəticəsiz qalıb, bizə heç bir cavab vermirlər. Bircə çarəmiz qalır ki, beynəlxalq təşkilatlara müraciət edək. Mahir Aslanovun başımıza gətirdiyi bu fəlakətləri ictimailəşdirək ki, bütün dünya bilsin. Belə başa düşürük ki, bundan başqa yolumuz yoxdur. Mahir Aslanov açıqlama vermişdi ki, Apellyasiya Məhkəməsi başa çatsın, bir şey fikirləşərik. Bizə maraqlıdır, görəsən, indi nə fikirləşir?"

Pravda.az

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam