kanal1

SON DƏQİQƏ!- Bakıda “BakuBus” yandı - FOTO

Tarix:15-09-2020, 09:05
Baxış Sayı:29

SON DƏQİQƏ!- Bakıda “BakuBus” yandı - FOTO
Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

ictimailider.az "Qafqazinfo"-ya istinadla bildirir ki, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mütəxəssislər son 15 gündə sayca ikinci avtobusda yanğın hadisəsinin olmasını BakuBus avtobuslarının iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam