kanal1

Cənubi Afrika prezidentinin təyyarəsi Polşada saxlanıldı

Tarix:16-06-2023, 20:37
Baxış Sayı:11

Cənubi Afrika prezidentinin təyyarəsi Polşada saxlanıldı

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın mühafizə üzvlərinin olduğu təyyarə Polşa paytaxtı Varşavada saxlanılıb. Buna səbəb standart giriş prosedurlarına əməl edilməməsi olub. Təyyarənin göyərtəsində silah ola biləcəyi bildirilib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən verilən məlumata görə, təyyarənin göyərtəsində Cənubi Afrika nümayəndələri tərəfindən ölkə ərazisinə keçirilməsinə icazə verilməyən təhlükəli əşyalar olub. Hazırda məsələnin yoluna qoyulması ilə bağlı bütün prosedurlar həyata keçirilir.

Göyərtəsində yüzə yaxın insanın olduğu təyyarənin cümə günü uçuşu həyata keçirilməlidir. Polşa Sərhəd Mühafizəsindən bildirib ki, Cənubi Afrika prezidenti mühafizəsinin üzvləri könüllü olaraq təyyarənin göyərtəsində qalmağa qərar veriblər.

“Nümayəndə heyəti üzvlərinin üzərilərində silahlar var idi, lakin bu silahların Polşaya gətirilməsinə icazə verilməyib. Onların silahlarını göyərtədə qoyaraq təyyarəni tərk etmək hüquqları var idi”, - deyə Polşa Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Anna Mixalskaya qeyd edib.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam