kanal1

Lənkəranda iki maşın toqquşub: Ölən və yaralananlar var - FOTO

Tarix:9-09-2020, 17:40
Baxış Sayı:20

Lənkəranda iki maşın toqquşub: Ölən və yaralananlar var - FOTO
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib.

Rayonun Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli “Ford” markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli “VAZ 2107” markalı avtomobil toqquşub.

Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam