kanal1

"Eldar Sultanovun şikayətçiləri mehribancasına dinləməyi xoş oldu" - Millət vəkili

Tarix:4-09-2020, 23:31
Baxış Sayı:28

"Eldar Sultanovun şikayətçiləri mehribancasına dinləməyi xoş oldu" - Millət vəkili
"Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi. Bu gün məlum məsələ ilə bağlı Baş Prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm".

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev Feysbuk səhifəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra vətəndaşlara, onların şikayətinə münasibətin xeyli dəyişdiyi barədə məlumatlıdır: "Məni Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov qarşıladıEldar müəllimin gələn şikayətçilərlə mehribancasına salamlaşmağı və onları dinləməyi də xoş oldu”.
R. Nurullayev Baş prokurorun birinci müavini Elçin Məmmədovla görüşünün qarşılıqlı anlaşma şəraitində keçdiyini yazıb: “Milli Məclisin deputatına qarşı edilən sayğısızlıq əsas müzakirə mövzusu oldu və digər məsələlərə də toxunduq. Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır".

Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Cəlilabadda iki məktəbin bir direktoru var?!
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
Ermənilər təşvişdə: COP29 bitdi, Bakının mövqeyi sərtləşəcək
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
“Ora xüsusi vergi bölgəsi anlayışı gətirilməlidir”​
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...