kanal1

Arvadını boğaraq öldürən şəxs barədə prokurorluqdan AÇIQLAMA

Tarix:3-09-2020, 21:47
Baxış Sayı:27

Arvadını boğaraq öldürən şəxs barədə prokurorluqdan AÇIQLAMA
Bu il fevralın 26-da Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Şirvan şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Anews.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

İstintaqla zərəçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam