kanal1

“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost

Tarix:3-09-2020, 10:45
Baxış Sayı:24

“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, bu görüntülərdə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qayınatasının şəninə tost deyir. O əlində badə tutaraq bildirir:

“Ramiz müəllimin böyük siyasi xadim olmağını yəqin ki, bu masaların arxasında əyləşən insanların hamısı çox gözəl bilir. Amma mən başqa bir məqama toxunmaq istəyirəm. Mən istəyirəm deyəm ki, nəinki bu masaların arxasında onuranlar, əlbəttə hamısını nəzərdə tutmuram, söhbət gedir qohumlardan, Ramiz müəllimin tayfası, mənim nəslim-tayfam, bu insanların Ramiz müəllimin boynunda böyük haqları var. (Səhvini düzəldir..) Ramiz müəllimin o insanların boynunda böyük haqqı var.

Ramiz müəllimin bu insanların həyatında böyük rolu olub. Hətta- əfsuslar olsun ki, Əlikram müəllim getdi, məni yalan deməyə qoymazdı - bizim təzə qohumlarımızın da demirəm hanısının, amma müəyyən qisminin həyatında Ramiz müəllimin çox böyük rolu olub.

Və hesab edirəm ki, onlar bunu yadlarından çıxarmayıblar, bilirlər və buna qiymət verirlər. Ramiz müəllim sizin şərəfinizə, bir daha təşəkkür edirik bu gözəl axşama görə. Sizə can sağlığı arzu edirik”.

Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi