kanal1

Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident - “Novus Plastica” MMC

Tarix:31-08-2020, 17:44
Baxış Sayı:43

Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident - “Novus Plastica” MMC
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Novus Plastica” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 24-ə çatıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində “Polimer materialların emalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal ediləcək.

İnvestisiya dəyəri 11 milyon manat olan müəssisədə 100-dən çox insan daimi işlə təmin ediləcək.

İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac olunacaq.

Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Ərdoğan Pezeşkianla telefonla danışdı
Ərdoğan Pezeşkianla telefonla danışdı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?