kanal1

"Ramiz Mehdiyev, hər həftənin 5-ci günü KİV nümayəndələrini toplayıb nədən danışırdınız?"

Tarix:30-08-2020, 17:04
Baxış Sayı:24

"Ramiz Mehdiyev, hər həftənin 5-ci günü KİV nümayəndələrini toplayıb nədən danışırdınız?"
AMEA-prezidenti Ramiz Mehdiyev bu qurumun saytında dərc etdirdiyi "Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür!" başlıqlı məqaləsində Ölkə mətbuatını tənqid atəşinə tutub. Akademikə elə gəlir ki, mətbuatın geriləməsində, intriqa poliqonuna çevrilməsində onun heç bir rolu olmayıb...

Hörmətli cənab, yoldaş akademik Administrasiyanın rəhbəri işlədiyiniz müddətdə hər həftənin 5-ci günü KİV nümayəndələrini toplayıb nədən danışırdınız? Hələ pıçıltıları demirəm...

"Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər. Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?

Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz. Həqiqi mətbuat nümayəndəsi dövlət və xalq qarşısındakı mənəvi məsuliyyətini dərk etməlidir.

Qarabağ məsələsi kontekstində bildirmək istəyirəm ki, yerli mətbuatımızın bu istiqamətdəki fəaliyyətinin faydalılıq əmsalı, təbliğat effekti çox aşağıdır. Vətəndaşlara əsaslı, faktlara söykənən, həqiqəti əks etdirən araşdırmalar təqdim olunmalıdır. Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib. Redaktorlar da öz növbələrində zəhmət çəkib, ictimaiyyəti sanballı yazılarla, aktual xəbərlərlə vaxtlı-vaxtında təmin etsinlər."

Etibar Əliyev

Milli Məclisin deputatı

Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...