kanal1

XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR

Tarix:20-04-2023, 12:32
Baxış Sayı:380

XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR

Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır.
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
Bu müdrik kəlamları elə-belə xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların adadına çatır, heç kəsi naümid qaytarmır. Bu sözü, əməli, fikri xeyirlə yoğrulmuş insan "Ay-Min"MMC -"Flaqman" əmtəə nişanlı ət məhsulları istehsal edən müəssisənin rəhbəri Kərami İslamovdur.
Kərami İslasmov vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Kərami İslamovun sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Kərami müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.
"Ay-Min"MMC -"Flaqman" əmtəə nişanlı ət məhsulları istehsal edən müəssisənin rəhbəri Kərami İslamov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Kərami müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, ona müraciət edən insanlarla hər zaman səmimi rəftar edir Kərami müəllim.
Kərami İslamov sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Kərami müəllim dəyişməz qalır.
Kərami müəllimin ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.
Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Kərami müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Ay-Min"MMC -"Flaqman" əmtəə nişanlı ət məhsulları istehsal edən müəssisənin rəhbəri Kərami İslamov başda olmaqla müəssisənin bütün işçi kollektivini qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, etdiyi duaların, tutduğu orucun,qıldığı namazın Allah dərgahında qəbul olmasını və bu dualardan elimizə, obamıza və hər birimizə pay düşməsini arzulayıram.
Qoy bu Müqəddəs ayda xalqımızın üzünə açılan səhərlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dünyamıza sülh-əminamanlıq gətirsin.
Bir daha Müqəddəs Ramazan bayramınız mübarək, Kərami müəllim.
XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR
XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR
XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR

“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“AzToyuq” MMC-də pozuntular aşkarlandı
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
“Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Biləsuvarda yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Şəhidin bacısı vəfat etdi
Şəhidin bacısı vəfat etdi