kanal1

Şəmkirdə Şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT

Tarix:13-03-2023, 11:23
Baxış Sayı:9

Şəmkirdə Şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT

Şəmkirdə acından ölmək həddində olan şəhid ailəsinin dramı hər kəsə insanlıq vəzifələrini xatırlatmalıdır. Xüsusən də məmurlara.

ictimailider.az bildirir ki, Şəmkir sakini Xasməmmədov Əziz Əjdər oğlu himayəsində 2 azyaşlı övladı gözləri qarşısında acından öldüyü haqda Dünyanınsəsi.Az saytı vasitəsi ölkə başçısı İlham Əliyevdən imdad diləyir.

Bildirək ki, şəhid ailəsi dəfələrlə işsizliklə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin qəbulunda olsa belə amma onu işlə təmin etməyib. Şəhid ailəsi səsinin media vasitəsilə dövlət başçısına çatmasını istəyir: “Cənab Prezident, hər dəfə çıxışınızda deyirsiz ki, qaziyə iş verin, şəhid ailəsinə iş verin. Nümayəndə göndərin, araşdırın, görün Şəmkirdə sizin tapşırığınızı icra edən varmı? Nümayəndə gəlsin, bircə gün rayonu gəzsin, görsün burda xalq nə gündə yaşayır. Yaşamırıq, son nəfəsimizi veririk. Məmurlar adi süpürşəçiliyə işə düzəlmək üçün 3500 manat pul tələb edirlər.Uşaqlarıma çörəkpulu tapa bilmirəm.Hardan bu qədər pulu tapıb verək ki, bizi işə qəbul etsinlər”.

Əgər regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələrin həyata keçirildiyi bir vaxtda , əhalinin maddi rifahı yaxşılaşmırsa deməli bunun əsas günahkarı icra başçısı Rəşad Tağıyevdir.

Azərbaycan öz konstitutsion qurluşu ilə sosial dövlətdir. Lakin məmurların yaratdığı vəziyyət elə bir durum yaradıb ki, dövlətin sosial siyasəti tamamilə dalana dirənib. Hətta vəziyyət o həddə çatıb ki, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə məmurlara açıq şəkildə xəbərdarlıq etməsinə baxmayaraq, bəzi məmurlar prezidentin xəbərdarlıqlarını belə qulaqardına vurmaqdan çəkinmirlər. Yəqin ona görə ki, dövləti və vətəndaşları o qədər talan ediblər ki, artıq gözlərini pərdə örtüb. Ancaq cənab prezidentin də dediyi kimi, hər kəs öz cəzasını alacaq. Həm bu dünya da, həm də Allah dərgahında.

Şəhid ailəsinin Prezidentə ünvanlanmış olan video-şikayətini təqdim edirik:

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər