kanal1

“Canavar” ləqəbli narkotacir və alıcıları tutulub- FOTOLAR

Tarix:12-08-2020, 10:48
Baxış Sayı:26

“Canavar” ləqəbli narkotacir və alıcıları tutulub- FOTOLARŞəmkir rayonunda "Canavar” ləqəbli narkotacir və alıcıları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı, Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitlərin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, "Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.
Bundan başqa qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisndəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam