kanal1

Vardanyan niyə ermənilərin işinə YARIYA BİLMƏZ?.. - Plan Rusiyanındırsa...

Tarix:15-02-2023, 11:10
Baxış Sayı:10

Vardanyan niyə ermənilərin işinə YARIYA BİLMƏZ?.. - Plan Rusiyanındırsa...


Bir neçə gün əvvəl erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçmışdı. Vardanyanın hansı yollarla Qarabağdan qaçdığı suallar yaratmışdı. Yayılan məlumatlara görə, o, sülhməramlıların təminat yük maşınında bölgəni tərk etmişdi. Bölgədə təhlükəsizliyə zərbə vuran şəxsin bu bölgəni tərk etməsinə yardımçı olmaq müəmmalı məsələdir.

Bu “səfərin” özü başdan-başa qeyri-qanuni xarakter daşıyır. Moskvada olarkən Ruben Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Vardanyan Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşırıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb. Rusiyalı milyarderin qaçması və sonradan geri qayıtması ermənilər üçün bir dərs olmalıdır. Çünki vardanyanlara güvənmək olmaz. Sabah biraz sıxışan kimi yenə qaçacaq. Bir sözlə vardanyankimilərə bel bağlamamalı Azərbaycanla düşmənçilik etməkdənsə, bizə tabe olma yolunu seçməlidirlər.

Çox keçmədən Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb. Bu fakt bir daha "Vardanyan" layihəsinin iflasa uğradığının isbatıdır.

"Layihə” Qarabağ ermənilərini birləşdirmədi əksin separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına gətirib çıxartdı. Vardanyan layihə elementi olsa da, siyasətdə hələ naşıdır. Belə ki, Vardanyan-Paşinyan yaradılan təəssürata görə, Ermənistan Baş naziri Nikol Paşinyan Vardanyanla ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, belə ki, Vardanyanla Paşinyan birgə hərəkət edirlər. Lakin Qərb dairələri də sözügedən şoudan xəbərdar olub.

Belə "layihələr" lə ermənilər çox uzağa gedə bilməyəcək. Bütün gedən proseslər onu göstərir ki, Vardanyan çıxılmaz vəziyyətdə qalıb. Onun buyruq qulu olması artıq ermənilədə də gülünc doğurur və ona daha heç kim inanmır. //trend//

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL