kanal1

Türkiyənin başı zəlzələyə qarışıb, gəlin Qarabağa hücum edək!

Tarix:8-02-2023, 15:39
Baxış Sayı:7

Türkiyənin başı zəlzələyə qarışıb, gəlin Qarabağa hücum edək!


Bəzi revanşist qüvvələr Türkiyədə çoxsaylı insan ölümü ilə nəticələnmiş dağıdıcı zəlzələnin yaratdığı situasiyanı Azərbaycandan qisas almaq zamanı kimi qiymətləndirirlər.

ictimailider.az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində çıxış edən bəzi revanşistlər və təxribatçılar bildirirlər ki, “nə qədər ki, Türkiyənin başı zəlzələyə qarışıb, Qarabağa hücum edib itirilmiş əraziləri geri qaytarmaq olar”.

Bu cür düşünənlər hesab edirlər ki, Azərbaycan 2020-ci ildə Qarabağdakı 44 günlük müharibəni Türkiyənin köməyilə qazanıb. Guya Türkiyə dəstək verməsəydi, Ermənistan Qarabağda məğlub olmayacaqdı.

Müzakirələrdən görünür ki, sosial şəbəkələrdə, Teleqram kanallarında revanşa səsləyən belə çağırışların müəllifləri olan ermənilər daha çox xaricdə yaşayanlar olsa da, Ermənistanın daxilində də onları dəstəkləyənlər var.

Məsələn, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın düşərgəsindən olanlar Ermənistanın baş nazir Nikol Paşinyanın zələlənin nəticələrilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmasını, başsağlığı verməsini və ermənilərdən ibarət xilasetmə qrupunu hadisə yerinə göndərməsini də sərt şəkildə tənqid ediblər.

Revanşistlər Paşinyanı bu addımlarına görə növbəti dəfə “satqın”, “türkpərəst” də adlandırıblar.

Bu qüvvələrin düşərgəsindən bəzi KİV-lərə verilən açıqlamalarda Paşinyan iqtidarının Türkiyə ilə müqayisədə müxalifətə daha sayğısız davrandığı vurğulanır.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL