kanal1

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib

Tarix:10-08-2020, 18:00
Baxış Sayı:39

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib
Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlər edən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Məlumat verildiyi kimi, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

Baş Prokurorluqdan dia.az-a həmçinin bildirilir ki, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Qeyd edilən fakta görə 22 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

24 iyul 2020-ci il tarixdə Eyyub Gülməmmədova həmin Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə yekun ittiham elan olunmuş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!