kanal1

İrandan səfirliyə hücum edən terrorçu ilə bağlı anlaşılmaz qərar

Tarix:1-02-2023, 23:32
Baxış Sayı:11

İrandan səfirliyə hücum edən terrorçu ilə bağlı anlaşılmaz qərar


Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, Tehran Cinayət Prokurorluğunun məlumatına görə, Y.Hüseynzadədə bir sıra psixi pozğunluqlar, o cümlədən şizofreniya var.
Onun bir ay Tehranın psixiatriya klinikalarından birinə yerləşdiriləcəyi və bu müddətdə psixi sağlamlığının daha dərindən araşdırılacağı qeyd olunub.

“Qafqazinfo” əlavə edir ki, İran hökumətinin bu cür qərar verməsi işin içindən çıxmağa cəhddir. Məsələ burasındadır ki, terorrçu saxlanılan zaman rahat şəkildə İran telekanallarına müsahibə verirdi ki, bu da həm Azərbaycanda, həm də beynəlxalq arenada tənqidə səbəb olmuşdu. Müsahibə zamanı terrorçuda hər hansı psixi davranışlar da hiss olunmurdu. Görəsən, terrorçu İran hüquq-mühafizə orqanlarının da adlandırdığı kimi “psix”dirsə, səfirliyə hücumu necə planlamışdı?

Terrorçunun həqiqətən də psixoloji problemləri var idisə, niyə o zaman qarşısına çıxan ilk şəxsə - qapıda dayanan iranlı mühafizə polisinə atəş açmırdı? Deməli, Yasin Hüseynzadə həqiqətən də hadisəni törədən vaxt anlaqlı olub, elə bu səbəbdən də səfirliyin önündə dayanan iranlı polisə salam verərək binaya hücum edib.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL