kanal1

“Ölün, özünüzü biabır edib, yolçu gününə saldınız”

Tarix:7-08-2020, 11:39
Baxış Sayı:89

“Ölün, özünüzü biabır edib, yolçu gününə saldınız”
Xəbər verdiyimiz kimi, sosioloq-alim Əhməd Qəşəmoğlu müğənnilərin toyların karantin səbəbilə başlamamasına etirazına münasibət bildirərkən keçmiş müsahibəsini xatırladıb:
"Xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir ki, artıq şou dövrü bitdi! Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “YouTube”də kanal açıb, ordan pul qazanır", - deyə o qeyd edib.
Müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında sosioloqa dəstək verib.
O, toy müğənnilərini sərt tənqid edib: "Mən də elə hiss edirəm ki, karantin uzanacaq. Toy müğənniləri də son günlər verdikləri açıqlamalarla o dəqiqə bildirdilər ki, onlar artıq batıblar. Çünki onlar toy bazarına işləyirlər. Amma mənim kimi şəxslər, məsələn, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənət adamları toy bazarına işləməmişik. Biz həyat yaşantımızı toyla ölçməmişik. Amma bunlar şəxsən toy bazarına işləyiblər. İndi də toy yoxdur, bunlar da batıblar. Belə olan halda da əlbəttə ki, onlar özlərinə başqa sənət tapmalıdır. Çünki toy müğənnisi ayrı şeydir, əsl müğənni ayrı. Biz əsl müğənnilərin yolunu davam etdik. Bəyəm, Şövkət Ələkbərova, Gülağa Məmmədov toya gedirdi? Xeyr. Onlar sadəcə, yaxşı oxuyub, işləyib”.
Müğənni hazırda qazancını necə təmin etdiyindən danışıb: “Özüm ARB-də işləyirdim. Oradan da qazanırdım. İndi isə məzuniyyətdəyəm. Yadınıza gəlir, vaxtilə o toy müğənniləri deyirdi ki, 15-20 minə toya gedirəm. Kül sənin başına. Sənin heç 15 qəpiklik oxumağın yoxdur, 15 minə toya necə gedə bilərsən? Ona görə də, bu gün həmin o toy müğənnilərinin zibili çıxdı. Özləri özlərini biabır etdi, yolçu gününə saldı. Özlərini tərifləyənlər indi ağlayırlar. Ölün! Get, toy mahnıları oxu, sənin toy mahnın heç kimə də lazım deyil".

Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...