kanal1

Bərdənin bu kəndinin dərdi bitmək bilmir... - GİLEY

Tarix:23-01-2023, 17:47
Baxış Sayı:17

Bərdənin bu kəndinin dərdi bitmək bilmir... - GİLEY

Bərdə rayonunun Güloğlular kəndinin dərdi bitmir ki, bitmir...
Əksinə, danışdıqca artır deyəsən.

Bir neçə gün əvvəl Güloğlular kəndində məişət tullantılarının atılması üçün hər evdən 3 (üç) manat pul yığıldığı barəsində kənd sakininin gileyini "DogruXeber.az" informasiya portalımızda yayımlamışdıq. Ardından çox qısa zaman keçmişdi ki, Güloğlular kəndinin daha bir sakini Ruhəngiz Xankişiyeva dərdini "DogruXeber.az"a danışdı.

Xatırladaq ki, Xankişiyeva Ruhəngiz Talış qızı redaksiyamıza müraciət edərək, evinin yandığından və qışın soyuğunda övladları ilə evsiz qaldığından, dəfələrlə müraciət etməsinə baxmayaraq rayon İcra Hakimiyyətindən heç bir köməklik göstərilmədiyindən gileylənirdi.

Baxmayaraq ki, Güloğlular kənd sakinlərinin bu narazılıqları yenicə yayımlanmışdı, ardından bir də su problemi barəsində narazılıq gəldi.

Kənd sakinləri bu dəfə ilin-günün bu vaxtı suyun gün ərzində limitlə - yəni, cəmi səhər - 2, günorta - 2, axşam - 2 saat verildiyindən, sakinlərin hamısının çatdırıb ehtiyacı qədər su götürə bilməmələrindən gileyləndilər.

Onlar dedi, biz də dərc etdik. Güman edirik ki, Bərdə rayon rəhbərliyi özü məsələni diqqətə alacaq və mövcud problemlərin həlli üçün aidiyyatı üzrə tapşırıqlarını verəcəkdir.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, görüləcək işlər barəsində də redaksiyamıza məlumat verilərsə, portalımızda yayımlanacaqdır.

P.S: Qeyd edək ki, sakinlərin qeyd etdikləri problemlər barəsində mövqeyini öyrənmək üçün Bərdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qarayev Vahid Yaqub oğluna bir neçə dəfə zəng etdik, təəssüflər olsun ki, Vahid müəllim nə mobil, nə də iş otağının telefonlarına cavab vermədi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL