kanal1

Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya

Tarix:28-07-2020, 22:15
Baxış Sayı:67

Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi son günlərdə adıçəkilən tibb müəssisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.

Memdicina.az-ın məlumatına görə, adıçəkilən klinika aprelin 1-dən pandemiya xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən klinikanın rəhbərliyi və bir sıra əməkdaşı həftənin 7 günü 24 saat olmaqla gecə-gündüz çalışır. ATU Tədris Cərrahiyyə Klinikasının açıqlamasında deyilir:

"Klinikanın əksər əməkdaşları da mübarizcəsinə koronaviruslu xəstələrin müalicə prosesinə qoşulmuşlar və bu gün də əzmlə çalışırlar. Təəssüflər olsun ki, əməkdaşlar içində də koronavirusa yoluxanlar oldu. Bu əməkdaşlar Universitet rəhbərliyinin göstərişi ilə vaxtında klinikaya yerləşdirərək müalicəsi başlanıldı. Şükürlər olsun ki, bu əməkdaşların çoxu artıq sağalaraq yenidən işə başlamışdır. Biz fürsətdən istifadə edərək bu ağır işdə bizə dəstək olan, var qüvvəsini əsirgəməyən, hətta sağlamlığını riskə atan bütün əməkdaşlarımıza Universitet rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk. Bu əməkdaşların fədakarlığı Koronavirus pandemiyası qurtardıqdan sonra da daima rəhbərliyin diqqət və nəzarətində olacaq. Cənab prezidentimiz də pandemiya dövründə ATU-nun Tədris Cərrahiyyə Klinikasının fəaliyyətini xüsusi vurğulamış və birincilər sırasında olduğunu qeyd etmişdir.
Bir qrup əməkdaşlarımız isə üzürlü səbəblərdən, öncədən ( xəstəlikləri, yaşı, azyaşlı uşaqlarının, yaşlı valıdeynlərinin olması və s.) müalicə prosesinə cəlb edilmədilər. Əfsuslar olsun ki, bir sıra əməkdaşlar isə imtina ərizəsi yazaraq və ya izahat verməkdən imtina edərək işləməkdən boyun qaçırdılar. Yəqin ki, gələcəkdə bəşəriyyətin ağır dönəmində klinikanın işinə biganə qalan belə insanlara da münasibət birmənalı olmamalıdır.

O ki, qaldı sosial şəbəkələrdə son 1 həftə ərzində yazılan yazılara əminliklə deyə bilərik ki, bunların heç bir əsası yoxdur. Doğrusu belə gərgin iş rejimində klinikanın rəhbərliyinin bu cür yersiz söhbətlərə əhəmiyyət verməsinə heç vaxt da yoxdur. Son həftələr bəzi əməkdaşların yoluxmaları ilə əlaqədar işlərimizin gərginliyi daha da artmışdır. Belə bir vəziyyətdə, işçi qıtlığı oldugu halda, hansı rəhbərlik gəl ərizəni yaz işdən çıx deyər? Bir sıra işçilər yoluxduğu üçün, reanimasiya şöbəsində sünii tənəffüs aparatında 8 xəstə olduğu halda, bu xəstələr nəzarətsiz qalmalı deyilki? Təbii ki, klinikanın baş tibb bacısı artıq 15 gün, 1 ay istirahət etmiş və ya pandemiya dövründə ümumiyyətlə işləməyən tibb bacılarına zəng edib yaranmış vəziyyətlə əlaqədar onlardan kömək istəməli və işə çağırmalı idi.

Müharibə vəziyyətində öz məsləkdaşlarını düşmənlə üz-üzə qoyub gizlənən insanlara nə ad verildiyini yəqin ki, hamı bilir. O ki, qaldı tibb bacılarının baş həkim tərəfindən təhdid edilməsi iddiasına, əminliklə deyə bilərəm ki, bu təxribatdan başqa bir şey deyildir.

Kinikada subardinasiya prinsipinə uyğun olaraq tibb bacılarının iş cədvəli böyük tibb bacıları və baş tibb bacısı tərəfindən hazırlanaraq təqdim edilir. Baş həkimin bu məsələyə müdaxilə edib , tibb bacıları ilə danışmasına ehtiyac qalmır. Ümumiyyətlə baş həkim və sosial mediada gedən yazılardan öncə və yazılardan sonra heç bir tibb bacısı ilə nə telefonla nə də üzbəüz danışmamışdır. Bu baxımdan baş həkimin kimisə işdən çıxmasına təhrik etməsi böhtandan başqa heç bir şey deyildir.

Belə bir hal olsaydı həmin işçi mediyaya müraciət etməzdən öncə aidiyyatı instansiyalara ( direktor və universitet rəhbərliyinə) müraciət edərdi. Əminliklə deyə bilərik ki, baş həkim koronavirus pandemiyası dövründə klinikanın işinə azacıq da köməklik göstərən heç bir işçiyə ərizəni yaz işdən çıx deməyib və deməz də. Təəssüflər olsun ki, bir sıra işçilər özlərı pandemiya dövründə işdən yayınaraq, stressiz pul qazanmaq üçün özəl klinikalarda özlərinə iş taparaq öz ərizələri ilə işdən çixmışdır. Bir sıra işçilər isə 1 aprel tarixindən üzürlü səbəb olmadan işdən imtina edərək 4 aydan artıq bir müddətdə işləmədən dövlətdən məvacib alır. Bunlara nə ad qoyaq?

Rasim Bayramovun baş həkimin onu işdən çıxmasına təhdid etməsinə gəldikdə isə bu şəxs öz vicdanı qarşısında dürüst olaraq deyə bilərmi ki, baş həkim mənə zəng edərək və yaxud çağıraraq ərizəni yaz işdən çıx deyib? Guya Rasim həkim bilmir ki, o Azərbaycan Tibb Universitetinin dosentidir və onu işdən yalnız Universitet rəhbərliyi çıxara bilər. Yoxsa klinika koronavirus pandemiyasına qoşulandan 4 aydan çox vaxt keçməsinə baxmayaraq, ictimai əsasla şöbə müdiri olduğu şöbəyə bir dəfə də olsa ayaq basmadığını və səhvlərini indi başa düşüb? İndi anlayib ki, pandemiya dövründə fəaliyyəti yalnız özəl klinikalarda işləmək və KT müayinələrinin nəticələrini gecikmələrlə digər əməkdaşlara yazdıraraq altında öz adını yazmaqdan ibarət deyilmiş.

Yeri gəlmişkən qeyd edək ki, pandemiya dövründə ən çox yük klinikanın reanimasiya , radialogiya və laboratoriya şöbələri öz rejimi ilə çalışsa da Ultrasəs həkimlərinin növbəli fəaliyyətini nəzərə almasaq, şüa diaqnostikası bölümündə gecə gündüz çalışan yalnız kafedra müdiri t.ü.e.d. dosent Məlahət xanım Sultanova oldu. Bəs Rasim həkimin şöbə müdiri kimi, təcrübəli radioloq , vətəndaş kimi missiyası nə idi? Evdə oturaraq Səbuhi həkimə uzaq məsafədən KT cavablarını öz adından yazdırması?

Klinikanın rəhbərliyinin Rasim Bayramovu ictimai əsasla şöbə müdiri vəzifəsindən uzaqlaşdırmaq fikri olsaydı pandemiya dövründən əvvəl günlərdə xəstələr KT, MRT müayinələrin nəticələrini ala bilmədikdə, müayinələrin nəticələrini rezidentlərin ümidinə qoyduqda klinikanın işini tamamlamamış iş vaxtı bir neçə klinikanın müayinə nəticələrini yazanda, şöbə müdiri olmasına baxmayaraq 3 aydan artıq müddətdə şöbəsində çalışan ultrasəs həkimindən xəbərsiz olub tanımadıqda uzaqlaşdırardı. Hamımız həkimik texniki səhv edə bilərik, bu baximdan müayinələrin nəticərində olan səhvləri heç nəzərə almırıq.

Hesab edirik ki, bütün bu yazılar təxribat xarakterlidir. Görünür kimlərsə Rasim bəyə daha yaxşı iş təklifi vəd veribdir ya da o hansısa şər qüvvələrin fitvasına gedir. Belə olmasaydı özünün dediyi kimi tanımadığı tibb bacısının əsası olmayan yazısının altına araşdırmadan böhtan xarakterli irad yazmazdı. Bu məsələləri aidiyyatı qurumlar araşdırmalıdır, bizim səlahiyyətimizə aid deyildir. İndiki gərgin iş rejimində nə Universitet nə də klinika rəhbərliyinin belə təxribatlara sərf etməyə vaxtı yoxdur. Sadəcə bu yazıları oxuduqda “Böyük dayaq” filmindəki xəyanətkar obrazlar göz önündə canlanır. Bu yazılar kollektivin aylarla çəkdiyi əziyyətə xələl gətirməkdən və xəyanətdən başqa bir şey deyil".

“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
“ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR
"AccessBank"da əmanəti olanların DİQQƏTİNƏ: ƏMANƏTLƏRİNİZ QORUNMUR - DETALLAR