kanal1

Vasif Talıbova bağlı şirkətdə daha bir dəyişiklik - İLGİNC

Tarix:23-12-2022, 12:11
Baxış Sayı:17

Vasif Talıbova bağlı şirkətdə daha bir dəyişiklik - İLGİNC


Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Yol Su-Enerji” MMC (VÖEN – 0200428931) nizamnamə kapitalını yenidən azaldır.

ictimailider.az yeniavaz.com-a istinadla xəbər verir ki, son bir ay ərzində “Gəmiqaya Yol Su-Enerji” MMC nizamnamə kapitalını 2-ci dəfə azaldır.
Cəmi bir ay əvvəl “Gəmiqaya Yol Su-Enerji” MMC-nin nizamnamə kapitalı isə 5 milyon manatdan 1 milyon 762 min 662 manata düşürülüb. Bu dəfə nizamnamə kapitalının nə qədər azaldılacağı açıqlanmayıb.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi həyata keçirilib. Ötən ayın əvvəlində "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC-nin (VÖEN – 0200631761) nizamnamə kapitalı 400 manatdan 200 manata düşürülüb. Sentyabr ayında isə “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN – 0201208491) nizamnamə kapitalını 100 manatdan 40 manata endirib.
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 2 gün əvvəl istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.
Ehtimal etmək olar ki, “Gəmiqaya Holdinq”in nizamnamə kapitalındakı azalma hansısa təsisçinin şirkətdəki payından imtina etməsilə bağlıdır.

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL