kanal1

“Vasif Talıbovla bağlı Türkiyə kəşfiyyatında məxfi məlumatlar var” - ŞOK AÇIQLAMA

Tarix:3-12-2022, 11:23
Baxış Sayı:11

“Vasif Talıbovla bağlı Türkiyə kəşfiyyatında məxfi məlumatlar var” - ŞOK AÇIQLAMA


“Naxçıvanda Vasif Talıbovun qələmi qırılıb. Onun hərəkətləri barədə Türkiyə və başqa dövlətlərin kəşfiyyat orqanlarında məlumatlar var”.

Bu sözləri Globalinfo.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Vasif Talıbov dövlətə xəyanət edib və bundan sonra hər halda qəddini düzəldə bilməyəcək: "Naxçıvanda bu gün xalq toy-bayram edir ki, neçə illərin buzu əriməyə başladı. Bundan sonra onun orada qalması mümkün deyil. Bu gün hökumət bu prosesi başlayıbsa, çox ciddi tədbir görüləcək.

Naxçıvanda bizim şəhər təşkilatının rəsmi yaranmasına icazə verməyiblər. Vasif Talıbov orada heç bir partiyanın yaranmasına imkan vermirdi. Amma bizim Şərur və Naxçıvanda gizli fəaliyyət göstərən partiya üzvlərimiz var. Orada Azərbaycana sadiq demokratik yeni quruluş yaranandan sonra işimizi davam etdirəcəyik”.

H.Hacıyevin sözlərinə görə, Vasif Talıbovun hərəkətlərində böyük cinayət izləri var:

“Əvvəllər də demişəm, Vasif Talıbovun oğlanları Azərbaycan dövlətinin içində dövlət yaratmaq istəyirlər. Bununla əlaqədar İranla çox sıx təmaslar qurulmuşdu, Talıbovun oğlanları xaricdə müəyyən siyasi dairələrlə görüşlər keçirirdi. İndi vəziyyətdən çıxış yolu axtarmağa, dirəniş göstərməyə çalışırlar. Onlar tək deyil, arxalarında duran qüvvələr onlara dəstək verir. Məsələn, Rusiyanın müəyyən qolları ilə, Ermənistanla çox yaxın əlaqələri qurulub, o cümlədən İranla gizli əlaqələri olub. Bunların hamısı əvvəl-axır açılacaqdı”.

Hafiz Hacıyev bir xatırlatma etdi: “Yadınıza gəlirsə, Ramiz Mehdiyevin üzərinə gediləndə, Vasif Talıbovun oğlu dedi ki, onun arxasında biz dayanmışıq, heç kim heç nə edə bilməz. O zaman dövlətin bəzi qurumları hiss etməli idilər ki, burada nəsə var. Zamanında biz deyəndə ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət çevrilişi etmək istəyir, hakimiyyətə müəyyən qüvvələri gətirməyə çalışır, bəzi dairələr bunu ciddiyə almırdı. Amma Ramiz Mehdiyev Naxçıvana gedəndən sonra məsələlər qızışdı. Onun orada zühur etməsi, İrandan olan müəyyən dairələrlə görüşməsi buna rəvac verdi”.

Partiya rəhbərinin sözlərinə görə, Türkiyədən gələn mallar rüsumsuz Naxçıvan ərazisinə keçib, oradan da başqa yerlərə ötürülürdü:

“Naxçıvanın ayrıca bayrağının olmasına nə ehtiyac vardı?! Bu nə deməkdir?! Bunlar Şimali Koreya kimi bir dövlət yaratmaq istəyirlər. Vasif Talıbovun icazəsi olmadan Naxçıvanın üstündən bir quş da uça bilməzdi. Naxçıvan camaatının 80 faizi İstanbulda yeraltı qazmalarda yaşayırdılar. Bu da Azərbaycan dövlətçiliyi haqda mənfi imic formalaşdırırdı. Naxçıvanda muxtariyyət ləğv edilməli, Talıbovun Azərbaycana vurduğu milyardlarla vəsait geri qaytarılmalı, Dubaydakı mülklərinə təcili həbs qoyulmalı, Bakıda “Gənclik”dəki milyonluq villaları məhkəmə yolu ilə əlindən alınmalıdır. Dövlətin malını yeyənin, dövlətə və onun başçısına xəyanət edənin axırı həbsxana olmalıdır, bunun başqa yolu yoxdur”.

Globalinfo.az

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL