kanal1

Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları

Tarix:16-07-2020, 13:41
Baxış Sayı:85

Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüş əməliyyatlarının başlamasından bu yana erməni KİV-ləri Azərbaycan ordusunun həmin istiqamətdəki strateji “Qaraqaya” postunun ələ keçirildiyi barədə informasiyaları yaymaqdadır. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə bu dezinformasiyanı təkzib edib, ordumuzun heç bir mövqe itirmədiyini bildirib.

Bununla belə erməni dezinformasiyanın məqsədi aydındır ki, əhali arasında panika yaymaqdır. Çünki həmin strateji mövqedən Azərbaycan ərazisinin Tovuz istqamətində xeyli ərazisinə nəzarət etmək mümkündür. Erməni dezinformatorları “mövqenin ələ keçirildiyinin sübutu” qismində guya “Qaraqaya”dan çəkilmiş birbaşa mənzərənin fotosunu paylaşırlar.
Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları
Hansı ki, həmin fotodakı tarixi silməyi unudublar, tarix isə 2018-ci il dekabrın 4-nü göstərir. Bununla belə sosial şəbəkələrin erməni seqmenti və YouTube kanalları durmadan həmin fotonu “sübut” kimi yaymaqdadır. Məsələn, belə YouTube kanallarından birində deyilir: “Erməni hərbçiləri müdafiə naziri David Tonoyanın taktikasına sadiq qalaraq düşmənin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yeni ərazilərini ələ keçiriblər”. Və ardınca həmin fotonu təqdim edib orada “erməni döyüşçülərinin tutduğu” yeni mövqedən Tovuz rayonuna mənzərəni nişan verirlər.

Erməni dezinformatorları ola bilsin tarix məsələsində səhv ediblər, amma fotoda dəqiq koordinatlar (+040°54′32.92″/045°30′ 50.72″) və həmin yerin hündürlüyü (1113м) əks olunur. Fotoaparatda isə bunu saxtalaşdırmaq mümkün deyil.
Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları
Azərbaycan mütəxəssisləri erməni ərazisindən çəkiliş həmin fotonun tarixini yoxlayıblar. Xəritədə müvafiq koordinatlarla dəqiq yer, habelə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindən keçən hissəsi göstərilir. Təqdim edilmiş topoqrafik xəritədə isə, belə xəritəni o cümlədən internetdə tapmaq olar, həmin zonadakı yüksəkliklər əksini tapır. Məlum olur ki, 1100 metrdən yuxarı yüksəkliklər məhz Ermənistan ərazisində yerləşir.

Virtualaz.org “Qaraqaya” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətində olduğunu nəinki hərbi qaynaqlardan, eləcə də həmin bölgədəki bir neçə mənbədən tam dəqiqləşdirib. Qeyd edək ki, erməni tərəfi “yeni mövqelərin tutulması” məsələsində bu cür yalanları əvvəllər də irəli sürüblər. Onlar 2016-cı ilin aprel döyüşlərindən sonra israrla heç bir ərazi itirmədiklərini günlərlə bəyan edirdilər. Nəhayət döyüşlərdən sonra tərəflərin mövqelərinin yeni düzülüşünə dair Google xəritələrinin yayılmasından sonra onlar “bir neçə yüz hektar”, daha sonra isə 2000 hektardan çox ərazini birbaşa itirdiklərini təsdiq etməli oldular.
Erməni dezinformatorlarının “Qaraqaya” postu barədə yalanları
Eləcə də 2018-ci ildə Naxçıvandakı Günnüt əməliyyatından sonra erməni tərəfi heç bir əraziyə nəzarəti əldən vermədiklərini, Azərbaycan ordusunun sərhəddə yeni strateji yüksəklik tutduğunu günlərlə bildirdilər. Nəhayət etiraf etdilər ki, Azərbaycan ordusu “mövqelərini irəli çəkib”. O cümlədən strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyinin ordumuz tərəfindən tutulduğunu birbaşa görüntülər, sübutlar təqdim edilməyənə qədər etiraf etmirdilər.

Virtualaz.org

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam