Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində Xarici İşlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.
“Gününsəsi.info”nun əməkdaşı E.Məmmədyarovdan ölkə başçısının tənqidlərinə münasibətini soruşub.
Sualı eşidən nazir deyib: “Əşi, sən Allah, bəsdir! Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya (XİN mətbuat xidmətinin rəhbəri-red.) zəng et, cavablandırsın”.
Virtualaz.org xatırladır ki, dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında Elmar Məmmədyarovun iştirak etmədiyini bildirmişdi. Baş nazir Əli Əsədova istinad edən Prezidentin sözlərinə görə, E.Məmmədyarov Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya zamanı evdə qalmağı üstün tutub.
Virtualaz.org