kanal1

Siyəzəndə karantində məclis təşkil edən gənclər cərimələndi

Tarix:16-07-2020, 13:28
Baxış Sayı:124

Siyəzəndə karantində məclis təşkil edən gənclər cərimələndi
Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan virtualaz.org-a verilən məlumata görə, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyini aşkarlayıblar.
Siyəzəndə karantində məclis təşkil edən gənclər cərimələndi
Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq RPŞ-yə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.

Bundan əlavə gənclərə son günlərdə cəbhə xəttində hərbiçilərimiz tərəfindən aparılan qürurverici döyüşlər barədə məlumatlar verilib və şəhid olan soydaşlarımız qəhrəmanlıqlarından danışıblar. Gənclərə döyüşlərin aparıldığı bu həssas dövrdə etdikləri qayda pozuntusunun cəmiyyət tərəfindən heç də xoşa gələn bir hadisə olmadığı bildirilib.

Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.
Siyəzəndə karantində məclis təşkil edən gənclər cərimələndi

Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR