Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri keçirilib.
Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.
BEŞ.AZ Trend-ə istinadən podium məşqlərindən fotoreportajı təqdim edir.