kanal1

Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır

Tarix:29-04-2020, 17:38
Baxış Sayı:35

ictimailider.az

Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır



Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayırGədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası mayın 5-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadənin törətdiyi qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov və 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan iki nəfəri dünyasını dəyişib.

İ.İsmayılzadəyə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam