kanal1

Astarada narkotacirlər saxlanılıb

Tarix:27-04-2020, 18:03
Baxış Sayı:51

ictimailider.azAstarada narkotacirlər saxlanılıb

\

Astarada narkotacirlər saxlanılıb


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səncərədi kənd sakini Çingiz Eyvazov bir bükümdə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi daha bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə Ç.Eyvazovun narkotik vasitəni Astara şəhər sakini Elnur Mirzəyevdən aldığı müəyyən edilib və həmin şəxs saxlanılıb. E. Mirzəyevdən satış məqsədilə üzərində gəzdirdiyi 1 büküm psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayonun Ərçivan qəsəbəsinin sakini Sərxan Cəfərov bir büküm psixotrop maddə olan metamfetamini satdıqdan sonra saxlanılıb və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan daha bir büküm metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
“KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...