kanal1

Hacıkənddə nəfəsimizi KİMLƏR KƏSİR? - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:30-08-2022, 09:26
Baxış Sayı:17

Hacıkənddə nəfəsimizi KİMLƏR KƏSİR? - NAZİRİN NƏZƏRİNƏ...


Hacıkənd meşəbəyliyində meşələrin kütləvi şəkildə məhv edilməsinə niyə göz yumulur?
Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin “dağıdıcı” rəhbəri Çingiz müəllim cəzalandıtılmasa , region meşələri daha da dazlaşacaq.
Regionu əhatə edən meşə massivləri cəngəllik qaydaları ilə “idarə” olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN) mühüm tövsiyyə və tapşırıqlarına məhəl qoymayan Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan rayonların ərazilərindəki meşələri bəzi işbazların qurbanına çevirərək varlanmağı üstün tutur. Yerli sakinlər ekoloji təcavüzə və meşələrin talanına dözməyərək “yuxarı”lardan imdad diləyirlər.

ictimailider.az xəbər verir ki, “Dünyanınsəsi.Az”-a daxil olan növbəti video və foto-kadrlarda bu qəbildəndir
Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan Hacıkənd meşəbəyliyində olan meşə əraziləri İctimai iaşə obyektlərinin sahibləri tərəfindən talanır.

Belə ki, Gəncə-Hacıkənd-Göygöl yolu üzərində düzülmüş yüzlərlə İctimai iaşə obyektlərinin eləcə də “Qoşa Bulaq” Ailəvi İstirahət Mərkəzinin sahibi yol kənarında “kətə” biznesi qurublar.Bu biznesin sahibləri isə yanacaq təminatını əi baltalı sahibsiz meşələrimizə hücum çəkib talamaqla ödəyirlər.

Əməkdaşımızın sözügedən ərazidə apardığı araşdırma zamanı o da məum olub ki, Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində həqiqətən də ağacların kütləvi kəsimi həyata keçirilib. Elə bil “Dərə xəlvət, tülkü isə bəydir” . Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təyin etdiyi bu meşəbəyi isə hər ay dövlət büdcəsindən havayı maaş alır.Bu özbaşınalığın kökündə isə regional mərkəzin laqeyidliyi dayanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əvvəlki reyd və yoxlamalarına baxmayaraq, qərb rayonlarının meşələrində ağacların kütləvi qırılması halları prosesi davam edir. Konkret olaraq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də ona bəslənilən ümidləri doğrultmayıb. Belə ki, Muxtar Babayev nazir təyin edildikdən sona qurumda aparılan islahatlar meşələrdəki “yaşıl soyqırım”ların qarşısının alınmasına kifayət etməyib. Meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə ehtiyac qalmaqdadır, əksinə ETSN-nin əməkdaşlarının havadarlığı ilə ağacların məhv edilməsi hesabına kimlərinsə biznes və alveri baş alıb gedir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik:

Hacıkənd meşəsi ərazisindən çəkilmiş son videomaterialı təqdim edirik:

UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır