kanal1

İlham Əliyev Konyadan Vətənə böyük qələbə ilə qaydan idmançılarımızı təbrik edib

Tarix:22-08-2022, 13:29
Baxış Sayı:8

İlham Əliyev Konyadan Vətənə böyük qələbə ilə qaydan idmançılarımızı təbrik edib


“Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır”.

Bu barədə Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında bildirib.

V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməyin çox böyük nailiyyət olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər. Yəni, bu, doğrudan da böyük nailiyyətdir”.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb