kanal1

AzTV sədri Azay Quliyevi “vurdu” - VİDEOFAKT

Tarix:13-07-2022, 13:25
Baxış Sayı:37

AzTV sədri Azay Quliyevi “vurdu” - VİDEOFAKT


Millət vəkili, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin əvvəlki fəaliyyəti AzTV-nin efirində tənqid olunub.

ictimailider.az Bakupost.az-a istinadən xəbər verir ki, AzTV-nin sədri Rövşən Məmmədov özünün “Həftə” analitik proqramında QHT sektorunda baş verən yeniliklərdən, bu sahədə olan canlanmadan danışarkən əvvəllər qrant müsabiqələrinin verilməsində qeyri-şəffaflığın olduğunu bildirib:
“Artıq QHT-lərin maliyyələşməsində tanışlıq, “atkat” kimi məsələlər yoxdur. Yalnız müəyyən olunmuş qaydalar və meyarlar əsas götürülür”.
Qeyd edək ki, QHT-lərin maliyyələşməsi, onlara qrant ayrılması məsələsinə uzun illər Azay Quliyev nəzarət edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezidentin 2007-ci il 13 dekabr tarixli fərmanını ilə yaranıb. Şuraya 2008-ci ildən Azay Quliyev rəhbərlik edib.

2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilərək, onun əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azay Quliyev qurumun Müşahidə Şurasının sədri seçilsə də, bu sahəyə nəzarəti faktiki olaraq itirib.

Demək olar ki, bütün səlahiyyətlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva verilib.

Daha ətraflı videoda:


"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...
Keçmiş icra başçısı Neftçalada ehtiyat fondunun torpaqlarını zəbt edib? - ÖZBAŞINALIQ!
Keçmiş icra başçısı Neftçalada ehtiyat fondunun torpaqlarını zəbt edib? - ÖZBAŞINALIQ!
Başçı cavab verdi ki, “mənim üzüm bağımda, kartof sahəmdə işlə, mən işçi axtarıram, işçi tapa bilmirəm”..." - BU NƏDİ BELƏ?!"
Başçı cavab verdi ki, “mənim üzüm bağımda, kartof sahəmdə işlə, mən işçi axtarıram, işçi tapa bilmirəm”..." - BU NƏDİ BELƏ?!"
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır yoxsa dövlət işçisi?
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır yoxsa dövlət işçisi?
Prezidentdən neft sənayesi işçilərinə - Təbrik
Prezidentdən neft sənayesi işçilərinə - Təbrik
İlham Əliyev onları təltif etdi - Siyahı
İlham Əliyev onları təltif etdi - Siyahı