kanal1

Müəllimlərin sertifikasiya SİTƏMİ: - "Bu proseslə bağlı təhsil işçilərinin etirazı..."

Tarix:7-07-2022, 17:56
Baxış Sayı:14

Müəllimlərin sertifikasiya SİTƏMİ: - "Bu proseslə bağlı təhsil işçilərinin etirazı..."


Ötən aydan etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Bəzi təhsil işçiləri müəllimlərin sertifikasiyadan keçirilməsinə etiraz edir. Bu fonda ekspertlər hesab edirlər ki,müəllimlərin iş yerini itirməməsi üçün yaş məsələsinə yenidən baxılmalıdır. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında bildirib ki, təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiq haldır və ona görə də müəllimlər bu vəziyyəti qəbul etməlidirlər:

“Bakı, Abşeron, Sumqayıt və Gəncədə ümumtəhsil müəssisələrinin təqribən 60 min müəlliminin sertifikasıyadan keçirilməsi gözlənilir. Artıq hazırlıq işləri başlayıb və həmin bölgələrdə ilkin olaraq ibtidai sinif müəllimlərinin sertifikasiyası baş tutacaq. Bu proseslə bağlı bəzi müəllimlərin etirazı, əslində, normal hal deyil. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Təəssüf ki, ölkəmizdə uzun müddət tətbiq olunmayıb. Cəmi bir dəfə 1994-cü ildə müəllimlərin attestasiyası keçirilib və bu, formal xarakter daşıyıb. 2014-2017-ci illərdə isə diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmə peşəkarlıq səviyyəsinin müəyyən edilməsi deyil, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi ilə bağlı olub.

Sertifikasiya prosesinin həyata keçirilməsi ölkə təhsilinə böyük töhfə verəcək. Müəllimlər bu prosesdən narahat olmamalıdırlar. Çünki sertifikatlaşdırmada metodiki biliklərə və müəllimin tədris etdiyi fənnə aid suallara üstünlük verilir. Müəllim onsuz da öz fənnini bilir. Müəllimlər sertifikalaşma fobiyasından qurtulmalıdırlar”.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər