kanal1

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Tarix:30-06-2022, 14:06
Baxış Sayı:19

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!


Salyan rayon Qarabağlı kənd sakini Maqsud Nemətov İkinci Qarabağ iştirakçısıdır.

ictimailider.az-ın məlumatına görə, o, “Gözətçi”yə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədə iştirak etmiş döyüşçülər üçün nəzərdə tutulmuş özünüməşğulluq proqramından yararlanmaq istəyib. Ancaq iki il keçməsinə baxmayaraq, Məşğulluq Mərkəzindən ona cavab göndərilməyib.

“2021- ci ilin fevral ayında Bakı şəhər Məşğulluq Mərkəzinə, Salyan rayon Məşğulluq Mərkəzinə və İcra Hakimiyyətinə işlə təmin olunmaq üçün müraciət etmişəm. 2022-ci ilin aprel ayında Salyan rayon Məşğulluq Mərkəzinin əməkdaşları evimə gəlib baxış keçiriblər. Söz verdilər ki, qısa müddətdə işlə təmin olunacam, ancaq hələ də heç bir cavab yoxdur. Sonuncu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yaxınlaşdım, məni Şirvan şəhər Regional Məşğulluq Mərkəzinə yönləndirdilər. Şirvan şəhər Regional Məşğulluq Mərkəzindən isə mənə “get, sonra gələrsən” deyib göndərdilər”.

Maqsud Nemətov 2020-ci ilin oktyabr ayından könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib, medallarla təltif olunub. 2021-ci ilin yanvar ayında müharibədən qayıdıb, həmin ilin fevral ayından işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət edib.

Şirvan şəhər Regional Məşğulluq Mərkəzindən “Gözətçi”yə bildirildi ki, şikayətlə bağlı məlumat almaq üçün ƏƏSMN-nini tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə rəsmi şəkildə müraciət olnumalıdır.

Məsələyə ƏƏSMN-nini tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin münasibətini öyrənmək üçün əlaqə saxlamağa çalışdıq. Ancaq dəfələrlə edilən zənglərə baxmayaraq, telefon zənglərinə cavab verən olmadı.

Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib
Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib
İran Prezidenti Sergey Lavrovu qəbul edib
İran Prezidenti Sergey Lavrovu qəbul edib
Rusiya İranın “Rəşt-Astara” dəmir yolunun tikintisinə tez başlayacağına ümid edir
Rusiya İranın “Rəşt-Astara” dəmir yolunun tikintisinə tez başlayacağına ümid edir
"Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
"Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
Yenə qar yağacaq - Xəbərdarlıq
Yenə qar yağacaq - Xəbərdarlıq
Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - Fərman
Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - Fərman
Rusiya XİN Ər-Riyadda ABŞ ilə görüş barədə yayılan xəbərləri təkzib edib
Rusiya XİN Ər-Riyadda ABŞ ilə görüş barədə yayılan xəbərləri təkzib edib
Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur
Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur