kanal1

Goranboy sakinlərinin ACINACAQLI HƏYATI... - NARAZILIQ VAR!

Tarix:30-06-2022, 09:32
Baxış Sayı:23

Goranboy sakinlərinin ACINACAQLI HƏYATI... - NARAZILIQ VAR!


Sözügedən ərazi Yeni Məhəllə adlansa da, bu sakinlər Goranboy rayonunun
Dəliməmmədli qəsəbəsindən yeni yaşayış massivinə illər öncə köçüblər.
Zamanla özləri üçün şərait qurmağa çalışan bu insaların ən böyük problemi içməli
sudur. Yaşayış massivində içməyə si tapılmır. İnsanlar yay-qış demədən əllərində arabalarla su daşıyır, ya da su maşınlarının nə zaman gələcəyini gözləyirlər.

Sakinlərin sözlərinə görə, içməli su problemini həll etmək üçün
döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hətta rəsmilər
gəlib problemlə yerində tanış olaraq vəd də veriblər. Amma nəticə yoxdur.

Problem yaşayış massivinin təxminən 5 küçəsini, daha dəqiq desək 300-dən artıq sakinin yaşadığı ərazini əhatə edir. Deyirlər ki, vaxtı ilə bəziləri şəxsi vəsaitləri hesabına evlərinə su çəkiblər. Sakinlərin öz hesablarına çəkdirdikləri su xəttlərinə sayğac da qoyulub. Lakin sonradan o xətt kəsilib.

Yaşayış massivinin tam yaxınlığında isə əkin sahələri və subartezian quyuları var. Amma şəxsi
olduğundan istifadəyə icazə verilmir.

Sakinlərin iradları ilə Goranboy rayon Sukanal İdarəsi razılaşmır. Belediyye.net olaraq aidiyyatı quruma üz tutduq. Bizə məlumat verildi ki, İdarə Yeni Məhəllə adlanan yaşayış massivinə xidmət göstərmir. Buna baxmayaraq əhalini suya olan ehtiyacl nəzərə alınaraq məhəlləyə bir ədəd
yeni subartezian quyusunun qaızlması ilə bağlı Azərsu ASC-ə məlimat
verilib. Cavab gəldikdə yaşayış massivində subartezian quyusu qazılacaq,
bu da problemi həll edəcək.

Ümid edək ki, aidiatı qurumlar səbri tükənən sakinləri bir neçə il də gözlətməz.

Belediyye.net

Rusiya İranın “Rəşt-Astara” dəmir yolunun tikintisinə tez başlayacağına ümid edir
Rusiya İranın “Rəşt-Astara” dəmir yolunun tikintisinə tez başlayacağına ümid edir
"Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
"Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
Yenə qar yağacaq - Xəbərdarlıq
Yenə qar yağacaq - Xəbərdarlıq
Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - Fərman
Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - Fərman
Rusiya XİN Ər-Riyadda ABŞ ilə görüş barədə yayılan xəbərləri təkzib edib
Rusiya XİN Ər-Riyadda ABŞ ilə görüş barədə yayılan xəbərləri təkzib edib
Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur
Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur
Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq
Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi