kanal1

Goranboyda sakinlər ÜSYAN HƏDDİNDƏ - MİLLƏT ÇARƏSİZDİR...

Tarix:23-06-2022, 18:23
Baxış Sayı:15

Goranboyda sakinlər ÜSYAN HƏDDİNDƏ - MİLLƏT ÇARƏSİZDİR...


“Allaha and olsun ölmüşük su itəyirik, su...”, -bu sözləri deyən Goranboy rayon Yeni Məhəllə sakinləridir.

Bəli, ilin -günün bu vaxtı Dəliməmmədli sakinlərinin suyu yoxdur.

“Buranın yiyiəsi yoxdur qırlıb-batırıq. Qazandığımız pullar su maşınlarına gedir” , -sakinlər deyir.

Sözügedən ərazi Yeni Məhəllə adlansa da, bu sakinlər Goranboy rayonunun
Dəliməmmədli qəsəbəsindən yeni yaşayış massivinə illər öncə köçüblər.
Zamanla özləri üçün şərait qurmağa çalışan bu insaların ən böyük problemi içməli
sudur. Yaşayış massivində içməyə si tapılmır. İnsanlar yay-qış demədən əllərində arabalarla su daşıyır, ya da su maşınlarının nə zaman gələcəyini gözləyirlər.

Sakinlərin sözlərinə görə, içməli su problemini həll etmək üçün
döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hətta rəsmilər
gəlib problemlə yerində tanış olaraq vəd də veriblər. Amma nəticə yoxdur.

Problem yaşayış massivinin təxminən 5 küçəsini, daha dəqiq desək 300-dən artıq sakinin yaşadığı ərazini əhatə edir. Deyirlər ki, vaxtı ilə bəziləri şəxsi vəsaitləri hesabına evlərinə su çəkiblər. Sakinlərin öz hesablarına çəkdirdikləri su xəttlərinə sayğac da qoyulub. Lakin sonradan o xətt kəsilib.

Yaşayış massivinin tam yaxınlığında isə əkin sahələri və subartezian quyuları var. Amma şəxsi
olduğundan istifadəyə icazə verilmir.

Sakinlərin iradları ilə Goranboy rayon Sukanal İdarəsi razılaşmır. Belediyye.net olaraq aidiyyatı quruma üz tutduq. Bizə məlumat verildi ki, İdarə Yeni Məhəllə adlanan yaşayış massivinə xidmət göstərmir. Buna baxmayaraq əhalini suya olan ehtiyacl nəzərə alınaraq məhəlləyə bir ədəd
yeni subartezian quyusunun qaızlması ilə bağlı Azərsu ASC-ə məlimat
verilib. Cavab gəldikdə yaşayış massivində subartezian quyusu qazılacaq,
bu da problemi həll edəcək.

Ümid edək ki, aidiatı qurumlar səbri tükənən sakinləri bir neçə il də gözlətməz.

Belediyye.net

Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Bu gün Novruzun ilk - Su çərşənbəsidir