kanal1

Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir - Gəncə regional təhsilində NƏ BAŞ VERİR?

Tarix:23-06-2022, 16:42
Baxış Sayı:36

Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir - Gəncə regional təhsilində NƏ BAŞ VERİR?


Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova öz yaxınlarına intihar edəcəyini deyib. Demokratik.Az-ın məlumatına görə, direktor Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyevin əməllərindən cana doyduğunu, əsassız ittihamlarından bezdiyini bildirib. Aldığımız məlumata görə, direktor hazırda Bakıdadır, o, yuxarı qurumlara və təhsil nazirliyinə şikayətlər edir.

Direktorun yaxınlarından biri Demokratik.Az-a bildirib ki, özünü region təhsilinin "qoçusu" kimi aparan Anar Qədimalıyev bir neçə gün əvvəl Dəliməmmədli məktəbinə gələrək Cəfərovanı kollektivin gözü qarşısında ağır sözlərlə təhqir edib, üstünə şığıyaraq onu direktorluqdan qovacağını deyib. Bundan sonra direktor ağır mənəvi sarsıntı keçirib və şikayət məqsədilə Bakıya gedib, indi də paytaxtdadır.

Mənbənin söylədiyinə görə, Anar Qədimalıyev bu məktəbə də öz yaxınlarından birini (məktəbdə Afət adlı musiqi müəllimini - red) direktor gətirmək istəyir.

Xatırladaq ki, dünən Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva səhər saatlarında intihara cəhd edib. Onun intihara qərar verməsinə səbəb kimi Anar Qədimalıyevin təzyiqləri, yarıtmaz idarəçilik fəaliyyəti göstərilir. Hadisə üzrə Baş prokurorluq və Təhsil nazirliyi tərəfindən müvafiq araşdırma aparıldığı, müvafiq cinayət işi açıldığı bildirilir.

Demokratik.Az göstərilən faktlara dair qarşı tərəfin fikrini almağa çalışsa da, RTİ-dən deyilənlərə rəsmi münasibət bildirilməyib.

Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Bu gün Novruzun ilk - Su çərşənbəsidir