kanal1

Binədə harınlığın binəsi NECƏ QOYULUBSA... - Şəhid ailəsinə hücum çəkdilər...

Tarix:22-06-2022, 15:54
Baxış Sayı:6

Binədə harınlığın binəsi NECƏ QOYULUBSA... - Şəhid ailəsinə hücum çəkdilər...


Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin məmurları I Qarabağ savaşının şəhidləri olmuş Vidadi, Xəqani, Hasil Aslanov qardaşlarının adına inşa edilmiş bulağa hücum həyata keçirirlər. Qəsəbədə icra başçısının nümayəndəliyini edən Ərəstun və Gülbala mövcud bulağın sökülməsini istəyirlər.

ictimailider.az xəbər verir ki, Demokratik.Az-a bu barədə şəhid Xəqani Aslanovun oğlu Cəsarət özü məlumat verib. Şəhid övladı yerli məmurların təzyiqlərindən bezdiyini, atasının və əmilərinin adına olan bulaq kompleksini qorumağa çalışdığını bildirib.

Cəsarət Aslanovun sözlərinə görə, adını çəkdiyi məmurlar onu işdən qovdurmaqla da hədələyərək şantaj edirlər, Gülbalalar heç kimə və infrastruktura maneə olmayan, öz vəsaitlərilə tikilmiş bulağın uçurulmasına çalışırlar.

Şikayətçi bildirir ki, Xəzərin icra başçısı Elşən Salahovla görüşmək istəsə də cəhdlərinin qarşısı alınıb. Şəhid övladı əmindir ki, onun dedikləri araşdırılacaq və şəhid bulağına toxunulmayacaq.

"Bulağı söksələr, atamızı bir daha itirdiyimizi düşünərik"- deyə Cəsarət Aslanov deyir.

Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Bu gün Novruzun ilk - Su çərşənbəsidir