kanal1

Şəkinin bu kəndi Allahın ümidinə buraxılıb... - "Hələ buna da şükür edirik..."

Tarix:22-06-2022, 11:02
Baxış Sayı:20

Şəkinin bu kəndi Allahın ümidinə buraxılıb... - "Hələ buna da şükür edirik..."


Şəkinin Çayqaraqoyunlu kəndinin sakinləri həm məişətdə, həm də içməli su kimi çayın palçıqlı və lilli suyundan istifadə etməli olurlar. Buna səbəb 400 ailənin yaşadığı kəndin təmiz su mənbəyinin olmamasıdır.
Sakinlər də əlacsızlıqdan Əlican çayının suyundan içməyə məcbur olurlar. Kənd sakini Nağdəli İsayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, çayın suyundan həm heyvanlar, həm də insanlar istifadə edir.
"Yuxarı kəndlərdə mal-qaranı çaydan keçirirlər. Çox yararsız vəziyyətdə olur. Mal peyini, it leşi – hər cür zir-zibil olur. İndi su çox gəlir. Yaxşı ki, arada belə sel gəlir. Heç olmasa, su o zibilləri yuyub kənara çıxarır. Hələ buna da şükür edirik", - deyə Nağdəli İsayev bildirib.

Digər kənd sakini Zərqələm İsayeva isə deyir ki, əvvəlcə su qablara yığılır, sonra isə durulduqdan sonra istifadə olunur:
"Hələ indi su təmiz vəziyyətdədir. Yenə də buna şükür. Yayda çay tam quruyur. Həyətlərdə hovuz tikmişik. Maşınlardan pulla su alıb o hovuzları doldururuq", – kənd sakini vurğulayıb.

Gülxar Daşdıyeva isə deyir ki, suyun bu cür vəziyyəti olması müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
"Tərkibini yoxlasalar, cürbəcür xəstəliklər üzə çıxar. Kənddə malyariya, bruselyoz xəstələrikləri yayılır. Həkimə müraciət edirik, o da deyir ki, bu xəstəliklər istifadə etdiyiniz sudandır".

Çayqaraqoyunlu sakini Oruc İsrafilovun sözlərinə görə, bir neçə il əvvəl problem qismən həll edilsə də, nəticə uzunömürlü olmayıb:

"Bir neçə il əvvəl kəndin su problemi Yaponiya dövlətinin layihəsi əsasında çəkilən su xətləri hesabına həll olundu. Lakin sonradan həmin xətlər yararsız vəziyyətə düşdü. Bir daha da təmir edilmədi və acınacaqlı vəziyyətdə qaldıq".

Məsələ ilə bağlı Çayqaraqoyunlu kəndinin daxil olduğu Turan bələdiyyəsindən Sputnik Azərbaycan-a bildirildi ki, həmin yaşayış məntəqəsində mərkəzləşmiş layihə əsasında su xətti yoxdur və bunula bağlı da aidiyyəti qurumlara rəsmi müraciət olunub.
"Azərsu" ASC-nin regional idarəsindən isə məsələ ilə bağlı məlumat verildi ki, həmin kənddə içməli su layihəsi olmadığına görə qurumun xidmət sahəsində daxil deyil.

“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,...
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO