Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək, tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bəri ənənəyə çevrilmişdir.
Bu gün daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən özəl tibb müəssisələrindən biri də "BAKU MEDİCAL PLAZA"-dır. Xəstəxanaya müraciət edən xəstələrin və xəstə sahiblərinin dediklərinə görə burada xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilir. BAKU MEDİCAL PLAZAYA müraciət edən hər bir posient xəstənadan, tibb personalından,onlara göstərilən qayğıdan ağızdolusu danışırlar. Daha çox razılıq olunan həkim isə həmin xəstəxananın Qadın Xəstəlikləri və doğum şöbəsinin müdiri Alik Qurbanovdur. Neçə-neçə evlərə sevinc bəxş edən,ona müraciət edən xəstənin ümid yeri olan Alik həkim olduqca sadə, mənən zəngin bir insandır.Onu ilk gördüyüm andan üzündəki sərt baxışlar rahatlıqla oxunsa da,əslində onun təbiətcə sakit,xaraktercə səmimi,eyni zamanda gülərüz,şən,zarafatcıl və yeri gəldikdə nikbin olduğunu görməmək, hiss etməmək mümkün deyil. Elə bir nikbinlik ki,həsəd aparmamaq mümkün deyil. Onun üçün yad,ögey xəstə yoxdur. Doğrudur,pasientləri ancaq qadınlardır.Ana olmaq arzusunda olan,ana olmağa hazırlaşan qadınlar.Alik həkim xəstələrini eyni ovqatla,özü də tanış,doğma təbəssümlə qarşılayır ki, sanki, ən əziz, doğma adamıdır. Bəzən sərtliyindən, çox zaman da zarafatlarından da qalmır. Hər kəsin könlünü bir cür alır, ağıllı məsləhətləri,öyüd-nəsihətləridə öz yerində.Xəstələrini yola salmasında da bir müalicə üsulu var: Allah xeyirlisindən eləsin.Allah salamat eləsin.Tezliklə ana olmaq sevincini nəsib etsin Tanrım sizə, deyə dualar da edir bizim Alik həkim. Budur Alik həkimin xəstələrinə xeyir-duası.Ana olmaq ümidini itirən qadınlara dünyanın ən ağır qəmini belə unutdurmağa qadir bir həkimdir Alik Qurbanov. Qadınlar da onun bu insani keyfiyyətlərinə görə ərkyana açırlar qapısını.Onun haqqında deyilən ən gözəl söz isə kişi kimi mərd kişidir,insan kimi xeyirxah,həkim kimi isə məsuliyyətli,ciddi...
"BAKU MEDİCAL PLAZA"ya müraciət edən insanların sözlərinə görə xəstəxanada ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir.
Bu gün "BAKU MEDİCAL PLAZA" -da fəaliyyət göstərən Alik həkimə nəinki paytaxt Bakıdan, bölgələrdən rayonlardan da müraciətlər olunur.
Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir.
Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən BAKU MEDİCAL PLAZA da səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə bariz nümunədir.
Haqqında sevə-sevə bəhs etdiyim insan,əlləri şəfalı həkim Qadın Xəstəlikləri və Doğum şöbəsinin müdiri Alik Qurbanov tutduğu şərəfli vəzifəsini
vicdanla,məsuliyyətlə yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğruldan, insanların sevgisini, rəğbətini qazanan bir insandır.
Ona etibar edilən bütün postlarda Alik Qurbanov özünü vicdanla doğruldub. Biz də öz növbəmizdə bu gözəl peşənin dəyərli sahibini,çox hörmətli Alik Qurbanovu 17 iyun Səhiyyə İşçilərinin Peşə bayramı münasibətilə təbrik edir, o nurlu simasındakı gülüşü öz pasientlərinə də bəxş edərək,ailələrə sevinc yaşadan çətin və məsuliyyətli peşəsində, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, şəfalı əlləri var olsun deyirəm.
Hörmətlə: Şəfa Paşayeva.