kanal1

Sabiq nazirin ailə üzvləri borclarını vaxtında ödəmir - TƏFƏRRÜAT

Tarix:16-06-2022, 10:08
Baxış Sayı:18

Sabiq nazirin ailə üzvləri borclarını vaxtında ödəmir - TƏFƏRRÜAT


Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus olan şirkətlər dövlət büdcəsinə olan vergi öhdəliyini vaxtında ödəməyiblər.

Sabiq mədəniyyət nazirinin qızı Suad Qarayevanın (Maleki) adının baş hərflərindən götürülən “SQ-Future” MMC-nin (VÖEN – 1700495641) dövlət büdcəsinə 5 min 297 manat 83 qəpik vergi borcu var.

“SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC-də (VÖEN – 1700567661) dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hazırda dövlət büdcəsinə 2 min 28 manat 51 qəpik borcu var.

Bunlardan başqa sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) götürülən “GALS” MMC-nin də (VÖEN – 1701354961 ) 512 manat 51 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, “GALS” MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. Bir il sonra – 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət də təsis olunub. //Yeniavaz.

“İstanbul NS” Klinikasının həkimi Anar Salmanov xəstəsini səhv əməliyyat edib?
“İstanbul NS” Klinikasının həkimi Anar Salmanov xəstəsini səhv əməliyyat edib?
İrana qarşı sanksiyalar genişləndirildi
İrana qarşı sanksiyalar genişləndirildi
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib
"Humana" ilə körpələri necə zəhərləyirlər......
"Humana" ilə körpələri necə zəhərləyirlər......
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”